İçeriğe geçmek için "Enter"a basın

Zlatan İbrahimoviçə kabab qonaqlığı – Şamaxıda

02-06-2015

zlatan2

İsveç milli komandasının və Fransanın PSJ klubunun ulduz futbolçusu Zlatan İbrahimoviçin Azərbaycana gəldiyini xəbər vermişdik. 1 həftəyə yaxın ölkəmizdə qalmağı planlaşdıran 33 yaşlı hücumçu bir neçə bölgəmizi də gəzəcək.

“Azadlıq.az” Futbolinfo.az-a istinadən xəbər verir ki, səhər saatlarında Bakıya gələn ulduz daha sonra Şamaxıya yola düşüb. Burada onu kababa qonaq ediblər.

Qeyd edək ki, İbrahimoviçin Qəbələyə ziyarət etməsi də planlaşdırılır. Onun ölkəmizə ov etmək məqsədi ilə gəlməsi isə demək olar ki, öz təsdiqini tapıb.

Zlatan İbrahimoviçə kabab qonaqlığı – Şamaxıda