İçeriğe geçmek için "Enter"a basın

Prezidentin qızı Leyla Əliyeva boşandı

01-06-2015

Leyla AliyevaPrezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva həyat yoldaşı Emin Ağalarovla olan münasibətinə aydınlıq gətirib.

“Azadlıq.az” xəbər verir ki, xanım Əliyeva bu barədə rəsmi instagram səhifəsində məlumat yayıb.

Leyla Əliyeva bildirib ki, onun Emin Ağalarovla mübasibətlərinin formal xarakterdə olması Azərbaycanda bir çoxlarına sirr deyil və artıq boşanmaq üçün müraciət edib:

“Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq”.

Qeyd edək ki, Leyla Əliyeva və Emin 2006-cı ildə ailə qurublar. Onların Əli və Mikayıl adlı əkiz övladları var.

435677

4 Yorum

  1. araz 01/06/2015

    kefiz olsun
    iranda bir qızı alanda bir milyon beşyüzmin dolar kebini yazallar qebalesinin altina onuda leyla eliyef kimin qıza yox addi bir qıza bele qızınki milyardi aşırar ele
    bir zaman allah elememışden qız oğlannan doysa qeder mehriyyesin qoyar icriya oğlanın var yoxun alar
    qalanınada her gününe 40 dolar çıxar oğlani salar zindana
    oğlanın tükleri dişleri kimin ağaranda çıxar eşiye
    bu boşanmaq iranda olsaydi
    er ömrünün qalanın zindanların bucaxlarında geçirmeliydi

  2. Mahir Vəkilov 12/06/2015

    Leyla xanım yetərincə ağıllı xanımdır. Hər-halda nə etdiyini yaxşı bilir. Bu qərar arzuolunmaz olsa da, neyləmək olar. Bu da bir taledir.

  3. eloğlu 30/08/2015

    Onlar üçün az fərq edər….

  4. ELŞƏN 25/12/2015

    LEYLA XANIM DÜZ EDİB. AQILLI İNSANDI. İNDİKİ ZƏMANƏDƏ AİLƏ QURMAQ VƏ YAXUD AİLƏNİ QORUYUB SAXLAMAQ DÜZĞÜN DEYİL. İNSAN ÖZÜ ÜÇÜN YAŞAMALIDI.

Yorumlar kapatıldı.

Prezidentin qızı Leyla Əliyeva boşandı