İçeriğe geçmek için "Enter"a basın

“Yanvarda pensiyalar artırılacaq” – Nazir Səlim Müslümov

02-12-2017


[r32]
“Azərbaycanda yanvar ayında pensiyalar artırılacaq”.
Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, mövcud qanunvericilik əsasında hər ilin əvvəlində ötən ilin əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyaların bütün məbləği indeksləşdirilir: “Biz artıq Dövlət Statistika Komitəsindən 2017-ci il üçün orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat əldə etmişik. Buna əsasən yanvar ayında pensiyalar artırılacaq”.

“Yanvarda pensiyalar artırılacaq” – Nazir Səlim Müslümov