İçeriğe geçmek için "Enter"a basın

Rza Zərrab Amerikaya satıldı! – Türkiyə əleyhinə böyük oyun

29-11-2017


[r32]
İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-da keçirilən məhkəmədə prokurorluğun təlimatı ilə hərəkət etməyə, Türkiyə əleyhinə hazırlanmış ittihamları təsdiqləməyə razılaşıb. “AzPolitika.info”nun məlumatına görə, Türkiyə mətbuatı onun ömürlük həbsdə saxlanmaq təhdidi ilə saxta ittihamları qəbul etməyə razı salındığını bildirir.

“Associated Press” xəbər verir ki, amerikalı prokuror Devid Denton bildirib ki, Zərrab məhkəmədə İranın həmin ölkəyə qarşı tətbiq edilmiş sanksiyalardan necə yan keçməsi barədə danışacaq. Eyni zamanda, Zərrab özünü təqsirli bilməyən türkiyəli bankir Mehmet Hakan Atillanın işində vacib şahid sayılır.

Yəni, ABŞ-dakı FETO-nu idarə edən hərbi-maliyyə dairələrinin Türkiyə hakimiyyətini ittiham etmək, hətta mümkün olarsa maliyyə sanksiyalarına məruz qoymaq üçün hazırlanmış saxta ittihamnamədə türkiyəli bankir Mehmet Hakan Atillanın əleyhinə yazılanları təsdiqləyəcək.

Hansı ki, həmin ittihamnamədə iddia edilir ki, 2011-ci ildən etibarən ABŞ sanksiyalarını yan keçməyə çalışan İranın tətbiq etdiyi sxem milyardlarla dollar toplamağa və Amerikanın təhlükəsizliyini təhdid etməyə şərait yaradıb.

Atillanın vəkili Viktor Rokko da bəyan edib ki, Zərrab istintaqla işbirliyinə gedib və həbsxanadan çıxdıqdan sonra dövlətin himayəsinə sığınaraq, ailəsi ilə birlikdə ABŞ-da qalmaq imkanı əldə edə bilər.

Əslində bir çox ekspertlər Zərrabın əvvəlcədən ABŞ-dakı məlum dairələrlə əlaqədə olduğunu bildirirlər. Sadəcə Türkiyə əleyhinə əllərində hər hansı rəsmi sübut olmadığından, belə bir teatr qurublar. Guya, Rza Zərrab əvvəl təqsirləndirən şəxs idi, sonradan “gizli sövdələşməyə” getdiyi üçün şahidə çevrilib.

Bununla da təlimatla məhkəmədə onun dilindən bəyan ediləcək saxta iddialar, fikirlər məxfi bir məlumat kimi təqdim olunacaq. Sonra da boş iddialar mətbuatda şok məlumatlar kimi təqdim edilib, Türkiyə əleyhinə istifadə olunmağa çalışılacaq. Bir sözlə, oyun böyükdür.

Rza Zərrab Amerikaya satıldı! – Türkiyə əleyhinə böyük oyun