İçeriğe geçmek için "Enter"a basın

“Penoplast” olan binada təndir – Oxucumuzdan

21-05-2015

penoplastBugün səhər Azadlıq.az-a gələn onlayn məktubu heç bir şərh bildirmədən sizə təqdim edirik.

“Salam. Bütün Azərbaycanın yaxın günlərdə baş vermiş bina yanğını hadisəsi hələ də yadından çıxmayıb. Buna bənzər hadisənin olmaması üçün qabaqcadan sizlərə məktub yazıram. Azadlıq prospekti 144 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində təndir fəaliyyət göstərir. Səhv anlaşılmasın məcazi deyil, əsl bildiyimiz təndir, özüdə 2 təndir. İndi düşünün həmin təndirlərin birində partlayış olsa nələr baş verər. Çox maraqlıdır yaşayış binasında bu cür ticarət obyektini işləməsinə kimlər icazə verib. Görəsən həmin obyektin FHN-dən icazəsi varmı? və ya başqa qurumlardan fəaliyyət üçün icazəsi varmı? Hər hansı bir faciə baş verməmiş bu meseleni həll edək, sonra gec olmasın. Hələ üstəlik binanın fasad örtüyü də tez alışan fasad örtükdəndir.”

Ümid edirik ki hər hansı bir təhlükə varsa, binanın təhlükəsizliyini təmin etmək üçün xüsusi tədbirlər alınacaqdır.

“Penoplast” olan binada təndir – Oxucumuzdan