İçeriğe geçmek için "Enter"a basın

Yanan binanın sakinləri etiraz edirlər

20-05-2015

azadliqfotoYanan binanın bir qrup sakini etiraz etdiyinə görə Binəqədi rayon 5-ci polis bölməsinə aparılıb.

Polisdən çıxan sakinlər AzadlıqRadiosunun müxbirinə deyiblər ki, onlara yaranmış problemin həll ediləcəyi vədi verilib.
abutalibov                                                                            Şəklin müəllifi: Musavat.com

Hacıbala Abutalıbov AzadlıqRadiosuna bildirib ki, sakinlər harda istəsələr, orda da kirayə qalacaqlar: «Onları razı salacayıq. Onlara dəymiş zərər öz iştirakları ilə qiymətləndiriləcək və ödəniləcək. Heç kim narazı qalmayacaq».

Mayın 19-da Bakıda, metronun «Azadlıq» stansiyasının yaxınlığında 16-mərtəbəli binada baş verən yanğın zamanı 15 adam ölüb, 50-dən çox adam yaralanıb.

Yanan binanın sakinləri etiraz edirlər