İçeriğe geçmek için "Enter"a basın

Ərdoğan yoruldu, mətbuat konfransında mürgülədi – VİDEO

10-10-2017


[r32]
Günboyu gərgin işləməklə yanaşı, gecə və sübh namazları qılan müsəlman Türkiyə liderinin yorğunluğu anlaşılandır…

Türkiyə prezidenti R.T.Ərdoğanın oktyabrın 9-da Ukrayna səfəri zamanı təzadlı anlar yaşandı. Ukraynalı həmkarı P.Poroşenko ilə 3 saatadək davam etmiş danışıqların yekunlarına dair birgə mətbuat konfransında Türkiyə liderinin yorğun halda əsnəməsi kameralardan yayınmayıb. Moderator.az yazır ki, bu haqda “Sputnik -Türkiyə” nəşri xəbər yayıb.

Video-kadrlardan görünür ki, Ukrayna prezidentinin çıxışı zamanı Ərdoğan yuxulamaqdan özünü zorla saxlayır, gözlərini yumur, əsnəyir, başını əllərinin üstə qoyur. Bunu müşahidə edən Poroşenko arada hövsələdən çıxaraq hətta bir neçə dəfə masanı da döyəcləyir.

P.S. R.T. Ərdoğan P.Poroşenko kimi gecə “Roşen” şokoladı ilə konyak içib səhərədək xorhaxor yatmır ki… Günboyu gərgin işləməklə yanaşı, o, bir müsəlman olaraq hər gecə oyanıb gecə namazı, səhər tezdən sübh namazı qılır və s. Odur ki, Türkiyə liderinin yorğunluğu anlaşılandır…(Moderator.az)

Ərdoğan yoruldu, mətbuat konfransında mürgülədi – VİDEO