İçeriğe geçmek için "Enter"a basın

Türkiyə İdlibi fəth edəcək – Sonra…

09-10-2017


[r32]
Azad Suriya Ordusu İdlibdə əməliyyatlara başlayıb.

Əsas məqsədi “Heyet’ül Tahrir-i Şam” terror qruplaşmasını buradan çıxarmaq olan əməliyyata Rusiya və Türkiyədən də dəstək gəldi.

İdlibdə neytral zonalar yaradılması üçün Rusiya, İran və Türkiyənin Astanada razılığa gəldiyi əməliyyatla bağlı fikirlərini A24.Az-la bölüşən politoloq Nazim Cəfərsoy bunu Türkiyə-Rusiya-İran arasındakı əməkdaşlığın nəticəsi kimi qiymətləndirib.

Bu əməliyyat Astana görüşündə qərarlaşdırılıb. Bununla bağlı həm Türkiyə, həm Rusiya tərəfindən açıqlamalar gəlir. Əməliyyatın nə qədər davam edəcəyi haqda konkret söz demək çətindir. Amma uğurla başa çatacağı güman edilir. İdlib əməliyyatı Türkiyə-Rusiya-İran arasındakı əməkdaşlığın konkret nümunələrindən biridir. Həm də Rusiya və Türkiyənin təhlükəsiz zolaqlar yaratması istiqamətində bir addımdır”.

N.Cəfərsoy bildirib ki, bu əməliyyatla bölgədə təhlükəsizliyin təmin olunması istiqmətində yeni uğurlar əldə oluna bilər.

“Bununla bölgədə İŞİD təhlükəsi azalmış olacaq. Həm də Suriyanın şimalında “Kürdüstan” adlı bir dövlət yaradılması üçün potensial ərazi ola biləcək İdlibin təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətli bir əməliyyat olacağını düşünürəm”, – deyə politoloq qeyd edib.

Türkiyə İdlibi fəth edəcək – Sonra…