xeber –
Bakının Binəqədi rayonunda baş vermiş yanğının dəhşətli görüntüləri yayılıb.
Azadlıq Radiosu-nun verdiyi məlumata görə, yanğın zamanı sakinlərin bəziləri özünü binadan atıb.
Videodan görünür ki, həyatını xilas etmək istəyən şəxs özünü hardasa 8-ci mərtəbən aşağı atır.
Bu dəhşətli görüntülər Azadlıq Radiosunun kamerasına düşüb.
Qeyd edək ki, bu gün səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib.
Yanğın baş verən əraziyə çox sayda insan və polis əməkdaşı toplaşıb. Son məlumatlara görə, dəhşətli yanğın nəticəsində 14 nəfər ölüb, 50-dən çox yaralı var.
Mənbə : Azadlıq Radiosu