İçeriğe geçmek için "Enter"a basın

ATƏT: Rusiya Ukrayna ilə sərhədi bağlamalıdır

27-01-2015

atetBununla əlaqədar ATƏT-in rəsmi saytında dərc edilmiş məlumatda bildirir.

ATƏT Parlament Assambleyasının sədri İlkka Kanerva Rusiyaya müraciət edərək Ukrayna ilə sərhədi bağlamağa çağırıb.

Azadlıq.az APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında dərc edilmiş məlumatda bildirir.

“Rusiya rəhbərliyi Ukraynada münaqişənin dinc yolla nizamlanmasının vacibliyi barədə bəyanatlar verib. İstənilən növ silahın və silahlıların Ukraynanın şərqinə axınının qarşısını almaq üçün mən Rusiyanı sərhədi bağlamağa çağırıram”, deyə İlkka Kanerva qeyd edib.

“Sərhəd bağlandıqda toqquşmalardan ziyan çəkmiş mülki əhaliyə humanitar yardımın çatdırılması yolları müəyyənləşdirilməlidir”, deyə Kanerva əlavə edib.

ATƏT: Rusiya Ukrayna ilə sərhədi bağlamalıdır