İçeriğe geçmek için "Enter"a basın

Las-Veqasdakı atışmada ölənlər və yaralananlar var – FOTO + VİDEO

02-10-2017


[r32]
ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalı iştirakçılarına atəş açılması nəticəsində 20-dən çox insan həlak olub, 100-dən çox yaralı var.APA-nın “Röyters” agentiyinə istinadən verdiyi məlumata görə, bu barədə Las-Veqasın Polis Departamentinin rəhbəri bildirib.

Ölənlər arasında polis əməkdaşları da var.

***
Las-Veqasda kazinolardan birinin yaxınlığında atışma olub. APA-nın “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, “Mandalay Bay Casino”nun konsert salonunda baş verən insident nəticəsində xeyli sayda ölənin olduğu bildirilir. İndiyədək 20-dən artıq şəxs xəstəxanaya çatdırılıb.

İlkin məlumata əsasən, naməlum şəxs kazinoda konsertə gələn şəxslərə atəş açıb. Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub.

Kazinoya yaxın yollarda hərəkət məhdudlaşdırılıb.


Las-Veqasdakı atışmada ölənlər və yaralananlar var – FOTO + VİDEO