Azadlıq prospektində yerləşən binada baş vermiş bina yanğınının dəhşətli videogörüntüsü yayılıb.
Baş prokuror Zakir Qaralov: Bakının Binəqədi rayonunda baş verən yanğında 4 nəfər ölüb. O, yaralıların olduğunu da bildirib. Yaralıların dəqiq sayı bilinmir. Z. Qaralov bildirib ki, yanğın binanın üzlüyünün keyfiyyətsiz olması səbəbindən baş verib.
— Yenilənir —
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, bina yanğını zamanı ölənlərin sayı 10 nəfərə çatıb, xəsarət alanlar isə 43 nəfərdir. Onlardan 24 nəfəri xəstəxanalara yerləşdirilib.
Azərtac-ın yaydığı videoda binanın bir neçə saniyə ərzində alova büründüyü görünür. Bu dəhşətli videogörüntünü oxuculara təqdim edirik:
allah rehmet elesin allah o bir dunyalarini versin hec olmasa 7/8 mertebe tikerdiz.
allah rehmet etsin