İçeriğe geçmek için "Enter"a basın

Türkmən cəbhəsinin lideri İlham Əliyevə səsləndi – VİDEO

27-09-2017


[r32]
İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salihi Kərkükdə onları tək qoyan türk dünyasına, xüsusən də İlham Əliyevə səslənib.

“A24.az”ın məlumatına görə, həyəcan dolu səslənişində türkmən lideri Kərkükün işğal edilməməsi üçün sonuna qədər mübarizə aparacaqlarını deyib:

“Biz son günlərimizi yaşamaqdayıq, amma dirənəcəyik, müqavimət göstərəcəyik. Tanrı türkü qorusun və ucaltsın!”

Artıq Kərkük referendumdan sonra çox gərgin günlər yaşayır. Kürdlər isə Kərkükü, sözdə tabeliklərində olan ərazilərə qatmalarını sevinclə qeyd edir. İraqın Mərkəzi hökuməti isə Kərkükün işğalına izin verməməkdə qərarlıdır. Hələ referendum qurtarmamış İraq Kərkükə əsgərlərini göndərib.

Lakin türk dünyası bütün bu yaşananlara səssiz qalıb. Türkmənlərin lideri Ərşad Salihi türk ölkələrinə üsyan edib, xüsusilə də Azərbaycan prezidenti İlham Əliyevə səslənib:

“Azərbaycan! Hörmətli İlham Əliyev, sən hardasan? Sizin torpaqlarınızda onlarla şəhid verdik, siz hardasınız? Qırğızlar, türkmənlər, türk dünyası, Kipr hardasınız?”.

“A24.az” Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim edir:

Türkmən cəbhəsinin lideri İlham Əliyevə səsləndi – VİDEO