İçeriğe geçmek için "Enter"a basın

“26-LAR”dan ayda 8 MİN alıblar! – Çingiz Abdullayevin sözləri yalan çıxdı

12-09-2017


[r32]
Kafenin Yazıçılar Birliyinin rəhbərliyinə aidiyyatı varmış

Xəbər verildiyi kimi, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Bakı meri Hacıbala Abutalıbovun bir neçə gün öncə qapatdığı “26-lar” adlı (“Twenty Six”) kafe ilə bağlı qalmaqala münasibət bildirərkən demişdi ki, həmin kafenin Yazıçılar Birliyinə məxsus ərazidə yerləşməsinin bu təşkilatın rəhbərlərinə aiddiyyəti yoxdur.

Ç.Abdullayev belə demişdi: “Hamı adi şeyləri anlamalıdır! Lakin görünür ki, heç də həmişə belə olmur. Yazıçılar İttifaqının rəhbərliyindən heç kimin “26” restoranına aidiyyəti yoxdur!

Bu gün musavat.com-a göndərilən sənəddən isə görünür ki, “həmin kafenin Yazıçılar Birliyinə məxsus ərazidə yerləşməsinin bu təşkilatın rəhbərliyinə aidiyyatı” varmış.

Belə ki, məkanın icarə verilməsi haqqında müqavilə icarədar Ramil Ruslan oğlu Məmmədli ilə Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev arasında bağlanıb. Tərəflər müqaviləyə öz şərt və tələblərini də əlavə edərək imza adıblar. Bu müqaviləyə görə, icarədarlar hər ay müqavilə tərəfdaşlarına 8 min manat pul verirmişlər.

Yeri gəlmişkən, Çingiz Abdullayev bu gün faktiki olaraq saytları hədələyib. Yazıçı sosial şəbəkədə yazıb ki, əgər hansısa sayt onun bir sözünü belə yayınlasa, məhkəməyə verəcək. “Bezdirdiniz! Əgər hansısa sayt bundan sonra bir söz belə dərc etsə, maksimal cərimə tələbi ilə məhkəməyə verəcəm! Mən nə Karl Marksam, nə də Mao Tszedun! Məndən sitat gətirməyi dayandırın!”

“26-LAR”dan ayda 8 MİN alıblar! – Çingiz Abdullayevin sözləri yalan çıxdı