İçeriğe geçmek için "Enter"a basın

Silah anbarındakı yanğınla bağlı cinayət işi açıldı

27-08-2017


[r32]
Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu, Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin silah anbarında baş verən partlayışla əlaqədar yaydıqları birgə məlumatda əksini tapıb.

İstintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.

Silah anbarındakı yanğınla bağlı cinayət işi açıldı