İçeriğe geçmek için "Enter"a basın

Pentaqon Pxenyana hücum planı hazırladı

10-08-2017

[r32]

Pentaqon Şimali Koreyaya fövqəladə hücum planı hazırlayıb.

Azadliq.az xəbər verir ki, bu barədə NBC informasiya yayıb.

Məlumata görə, plana əsasən, Quam adalarındakı “Andersen” hərbi bazasından hücum əməliyyatları üçün qalxan “B-1B Lanser” bombardmançı təyyarələri Şimali Koreyaya zərbələr endirəcək. Pentaqon əməliyyat nəticəsində onlarla raket buraxılış və sınaq məntəqələri, həmçinin texniki təminat obyektlərini vurmağı da nəzərdə tutub.

Qeyd edək ki, ABŞ bir qədər əvvəl Yaponiya və Cənubi Koreya ilə birgə təlimləri zamanı Koreya yarımadası yaxınlığında “B-1B Lanser” bombardmançı təyyarələrindən istifadə etmişdi.

Pentaqon Pxenyana hücum planı hazırladı