İçeriğe geçmek için "Enter"a basın

Əli Həsənovun xətaları – “Nəvəsini gizlədib, saxtakarlıq edərək…”

08-08-2017


[r32]
Mövzunun aktuallığını və yazıdakı fikirlərin vacibliyini nəzərər alaraq,   oxucularının müzakirəsinə təqdim etdiyimiz bu statusu haqqın.az və virtualaz.org saytlarının sahibi Eynulla Fətullayev Facebookda bir yazı ilə çıxış edib.

Hansı üzlə qaçqınların qarşısına çıxıb, 36 manatlıq müavinətə bəraət qazandıracaq?

***

Bəziləri, baş nazirin müavini Əli Həsənovu nəvəsinə Azərbaycanlı sıravisi üçün fantastik qiymətə avtomobil aldığına görə ittiham edir. Amma heç kim Nail Allahverdiyevi milyonlarla dollar məbləğində avtoparka malik olduğuna görə ittiham edə bilməz. Çünki Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada məmurlar gəlirlərini deklarasiyada göstərmirlər. Zənn edək ki, 21-yaşlı Nailin həqiqətən naxışı gətirib, və o 2-3 il ərzində milyonlarla gəlir əldə edib.
Əli Həsənov bu məsələdə başqa xətalara yol verib. Biz bundan danışmalıyıq:

1) Baş nazirin müavini ən azı ictimaiyyət qarşısına çıxıb, nəvəsinin törətdiyi avtoxuliqanlığa görə xalqdan və təmsil etdiyi hökümətdən üzr istəməli idi. Çünki, o, Azərbaycan hökümətinin rəhbərliyinə daxil olur və öz ailə üzvlərinin hərəkətlərinə görə məsuliyyət daşıyır. Nəvəsi adi banal qəzaya düşməyib, xuliqanlıq edib. Üzr istəyib, nəvəsi üçün ən sərt cəza istəməli idi. Ölənlərin ailəsinə başsağlığı verməli idi.

2) Əli Həsənov gömrük naziri və ya vergi müfəttişi olsaydı, ona bu avtoparkı keçmək olardı. Amma o, qaçqınlara görə cavabdehdir. Hansı üzlə qaçqınların qarşısına çıxıb, 36 manatlıq müavinətə bəraət qazandıracaq?

3) Əli Həsənov ilk günlərdə hakimiyyətdən istifadə edərək cinayət törətmiş nəvəsini hüquq-mühafizə organlarına təhvil vermək əvəzinə, onu gizlədib. Xalqa həqiqəti söyləməyib. Saxtakarlıq edərək, hadisənin səbəbkarı kimi həlak olmuş Mehdi Əliyevi təqdim etməyə çalışıb…

4) Ən nəhayət, məsələnin əxlaqi və mənəvi tərəfini götürək. Baş nazirin müavini və onun ailəsi əxlaq və mənəviyyat nümunəsi göstərməlidir. Vətəndaş Həsənovun baş nazirin müavini Həsənovdan ən böyük fərqi bundadır…

Burada söhbət vətəndaşdan getmir…

Əli Həsənovun xətaları – “Nəvəsini gizlədib, saxtakarlıq edərək…”