İçeriğe geçmek için "Enter"a basın

Putin sözündə durdu – 755 amerikalı ölkəni tərk edəcək

31-07-2017

Daha öncə xəbər verdiyimiz kimi, ABŞ Rusiyaya sanksiyalar tətbiq etdikdən sonra, Rusiya da adekvat addım atacağı barədə xəbərdarlıq etmişdi.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xəbərdarlıqda ABŞ-dakı rus diplomatların sayı qədər Rusiyada səfirlik və konsulluqların 455 əməkdaşının saxlanılacağı bildirilmişdi.

Bu gün Rusiya prezidenti Vladimir Putin həmin xəbərdarlığı rəsmi olaraq icra edib. Belə ki, ABŞ-ın Rusiyadakı 755 diplomatik missiyasının ölkəni tərk etməsi barədə qərar verilib.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı Rusiya ilə yanaşı  İran və Şimali Koreyaya da yeni sanksiyalar haqqında qanun qəbul edib.

Putin sözündə durdu – 755 amerikalı ölkəni tərk edəcək