İçeriğe geçmek için "Enter"a basın

BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahat olub

07-07-2017

Qurumun mətbuat katibi Stefan Dyüjarrik bu barədə keçirilən brifinqdə məlumat verib. O, tərəfləri istənilən hərbi fəaliyyətdən yayınmağa və vəziyyəti normallaşdırmaq, gələcəkdə baş verəcək zorakılığın qarşısını almağa çağırıb.

Mətbuat katibi deyib: “BMT-nin baş katibi 2017-ci ilin 22 iyun tarixində səsləndirdiyi bəyanatında deyir ki, təhlükəsizlik vəziyyətinin pisləşməsinə və eyni zamanda bu yaxınlarda cəbhə xəttində atəşkəsin pozulmasına görə narahatıq”.

Stefan əlavə edib ki, Minsk qrupunun həmsədrlərinin 4 iyul tarixində Füzuli rayonu Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi ilə bağlı bəyanatlarını da dəstəkləyirik.

O, vurğulayıb ki, danışıqlar masasına qayıtmaq münaqişənin yeganə həll yoludur.

BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahat olub