[r32]
“Reno” şöbəsinin keçmiş rəhbəri, tanınmış italiyalı biznesmen Flavio Briatore Bakıda “Formula-1” qonaqları üçün təşkil edilmiş rəsmi ziyafətdən çəkilmiş videonu öz tvitter səhifəsində paylaşıb.
Videodan görünür ki, dəbdəbəli ziyafət Bakının elit restoranlarından birində təşkil edilib. Ziyafətdə başqa xarici qonaqları və azərbaycanlı nazirlər də iştirak ediblər.
Belə ki, masaların birinin arxasında oturan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə “Formula-1″in keçmiş rəhbəri Berni Eklstounla və digər qonaqlarla nəyisə ciddi müzakirə edir.
Yan masada isə xarici işlər naziri Elmar Məmmədyarov əyləşib, o da ətrafında əyləşənlərlə nəyisə müzakirə edir.
Bu vaxt isə zalda canlı musiqi səslənir, italyan mahnıları oxunur.
Azadlıq.az Moderator.az-a istinadla sözügedən videonu da təqdim edir: