Gürcüstan prokurorluğu Azərbaycanın hakimiyyət orqanlarına keçmiş prezident Mikheil Saakashvili-nin həbsi və ekstradisiya etmək ilə bağlı müraciət edib.
“Gürcüstanın prokurorluğu tərəfindən Azərbaycanın prokurorluğuna eks-prezidentin saxlanması və ekstradisiyası barədə müvafiq tələb göndərilib. Bu zaman Gürcüstan və Azərbaycanın prokurorluqları arasında mövcud ikitərəfli əməkdaşlıq formatı əsas götürülüb. Hərçənd ki, hələlik biz Azərbaycanın baş prokurorluğundan heç bir cavab almamışıq,” Şotadze jurnalistlərə deyib.
O əlavə edib ki, cavabla bağlı konkret müddət müəyyən olunmayıb, lakin “müvafiq reaksiya olmayıb”.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəsmisi təmsil etdiyi qurumun bu mövzu ilə bağlı hər hansı bir şərh vermək itəmədiyini bildirib.
KİV-lərin verdiyi məlumata görə eks-prezident Bakıya gələrək açıq cəmiyyətlərin III Qlobal forumunda iştirak edib.
Daha əvvəl Gürcüstan tərəfi Saakaşavilinin Gürcüstana verilməsini Ukraynadan tələb edib, lakin bu tələb uğursuzluqla nəticələnib.
Rəsmi Bakı Gürcüstanın ricasına reaksiya verməyib.
Xatırladaq ki, Fevralda Gürcüstanda axtarışda olan görkəmli siyasətçi Ukrayna prezidenti Petro Poroşenkonun ştatdankənar müşaviri və islahatlar üzrə beynəlxalq məşvərət şurasının sədri təyin edilib.