İçeriğe geçmek için "Enter"a basın

Çernobıl faciəsi yenə olabilər

29-04-2015

cernobilyangin30 il əvvəl yaşanan faciə yenidən olabilər.  Ukraynada Çernobıl bölgəsinin meşə massivində baş verən yanğının nüvə stansiyasına doğru yaxınlaşdığı bildirilir.

Azadliq.az” Ukrayna KİV-nə istinadən xəbər verir ki, daxili işlər naziri Arsen Avakov 400 hektarlıq meşə massivindəki yanğının güclü külək səbəbindən atom stansiyası yaxınlığındakı meşəyə sıçrama təhlükəsinin olduğunu ehtimal edib.

Baş verən situasiya ilə bağlı baş nazir Arseniy Yatsenyuk yanğın baş verən yerin yaxınlığındakı bölgəyə gedib və təcili toplantı keçirib. O, yanğın baş verən ərazidə yerləşən stansiyada hər hansı radiasiya dəyişikliyi baş vermədiyini qeyd edib. Hadisə yerinə çoxlu sayda xilasedici və texnika cəlb edilib.

Çernobıl faciəsi yenə olabilər