Azərsu ASC-dən verilən rəsmi məlumata görə bu gün Bakı şəhərinin bəzi yerlərində içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Məlumatda bildirilir ki, Bakı şəhəri Salatın Əsgərova küçəsində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 16 dekabr 2014-cü il tarixdə gün ərzində
Nəsimi və Yasamal rayonlarının bir hissəsinə – Bülbül və Xətai prospektləri, S. Əsgərova, S.Vurğun, A.Qurbanov, C.Məmmədquluzadə, S.Rəhimov, Topçubaşov, R.Rza, Mərdanov qardaşları küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.