Suraxanı rayonunun Hövsan qəsəbəsində dəhşətli cinayət hadisəsi baş verib. Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 60 yaşlı Tərlan Təvəkkül qızı Mustafayeva yaşadığı evdə özünü asaraq intihar edib. 60 yaşlı qadının intihar etməsinin səbəbləri hələlik məlum deyil. Hadisənin bir cinayət olma ehtimalı da ola bilər.
APA-nın verdiyi məlumata görə faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.