İçeriğe geçmek için "Enter"a basın

Donald Trampın kürəkəni Ağ evin müşaviri olacaq

10-01-2017


[r32]
Yeni seçilmiş ABŞ prezidenti Donald Trump kürəkəni Jared Kushner-i Ağ evin müşaviri vəzifəsinə təyin edir. 36 yaşına bu gün-yanvarın 10-da qədəm qoyan və əslən yəhudi olan J.Kushner Yaxın Şərq və ticarət məsələlərinə baxacaq. Bu barədə D.Trump-ın təmsilçiləri xəbər yayıblar.

Vəkilinin dediyinə görə, maraqların toqquşmaması naminə J.Kushner və xanımı ailə biznesindən uzaqlaşacaqlar. J.Kushner ailə şirkətinin icraçı direktoru və «The New York Observer» qəzetinin naşiri vəzifəsindən istefa verəcək.

Təmsilçiləri J.Kushner-in müşavir vəzifəsinə təyinatı üçün Senatın təsdiqinə ehtiyac olmadığını, yalnız hüquqi məsləhət alacaqlarını bildiriblər.

Demokratlar D.Trump-ın təyinatlarının yoxlamadan keçirilmədiyini, onun komandasının yoxlamadan imtina etdiyini deyirlər. D.Trump seçdiyi şəxslərin səviyyəsinə və Senatın onun seçimini təsdiqləyəcəyinə əmin olduğunu bildirib.
Azadlıq.az

Donald Trampın kürəkəni Ağ evin müşaviri olacaq