İçeriğe geçmek için "Enter"a basın

“Atam kimi ömürlük prezident olmayacağam”-Suriya prezidenti

09-01-2017


[r32]
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriyanın Prezidenti Bəşər Əsəd hökumətin Astana danışıqlarında iştirak etməyə hazır olduğunu bəyan edib. Xəbəri «CANA» agentliyi yayıb.

«Əlbəttə, biz hazırıq və biz, elan etdik ki, tarixi məlum olan zaman, nümayəndə heyətimiz konfransa getməyə hazırdır. Biz bütün məsələləri müzakirə etməyə hazırıq, məhdudiyyət yoxdur» – deyə, Suriya Prezidenti Bəşər Əsəd fransız jurnalistlərə danışıb. Söhbətin mətni agentliyin saytında yer alıb.

Özünün gələcəkdə Prezident postunda qalıb-qalmaması barədə dəqiqləşdirici suala cavab verən Əsəd, deyib ki, bu, «konstitusiyanın müzakirəsi»ndən asılıdır. Konstitusiya isə nə hökumətə, nə Prezidentə, nə də müxalifətə məxsusdur – o, Suriya xalqına məxsusdur. Onun dəyişdirilməsi üçün referendum keçirmək lazımdır.

Əsas odur ki, qarşı tərəfdə real Suriya müxalifəti olsun. Onlarla bütün məsələləri müzakirə etməyə hazıram. Əgər prezidentlik müddəti müxalifəti narazı salırsa, onda konstitusiya dəyişikliyinə getmək olar. Atam kimi ömürlük prezident olmaq fikrində deyiləm. Bu, Astana görüşü zamanı qaldırıla biləcək suallardan biridir» – deyə, Əsəd əlavə edib. Prezident onu da qeyd edib ki, hələlik Astana danışıqlarında müxalifəti kimlərin təmsil edəcəyini bilmir.

Astanada Suriya üzrə beynəlxalq konfrasın keçirilməsi Putin və Nazarbayev arasında əldə olunmuş razılıq əsasında həyata keçiriləcək.

“Atam kimi ömürlük prezident olmayacağam”-Suriya prezidenti