İçeriğe geçmek için "Enter"a basın

İsmayıl Ömərovla İlqar Qılıcov da “Deputatlar binası”na köçəcəklərmi?- Bəzi deputatlar mənzillərinin təmirinə başladılar

08-01-2017


[r32]
Tikintisi 13 il davam edən və ötən ilin son günlərində “Ağ şəhər” deyilən ərazinin yaxınlığında istifadəyə verilən “Deputatlar binası”nda mənzili olanlar sırasında daha iki tanınmış şəxsin, iki eks-deputatın adı məlum olub.
Bunlar ikinci çağırış parlamentin üzvü olan sabiq millət vəkilləri – İTV-nin keçmiş şefi İsmayıl Ömərov və onun yaxın dostu, Ali Məhkəmənin hakimi İlqar Qılıcovdur.
Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, həmin şəxslər də 2003-cü ildə tikintisinə başlanılan “Deputatlar binası”nda mənzil növbəsinə dayanıblar.
Ancaq indi onların yeni mənzillərdə yaşayıb-yaşamayacaqları tam dəqiq deyil.
Yəni, həmin binanı tikən “KAT Ltd” tərəfindən bir çox sabiq və indiki deputatlar ayrı-ayrı yerlərdə tikilmiş “göydələn”lərdə mənzillə təmin olunublar.
Bu səbəbdən adıçəkilən sabiq deputatların həmin binadakı mənzillərinə sahiblənib-sahiblənməyəcəkləri tam dəqiq deyil.

Dünəndən bəri mətbuat səhifələrində və sosial şəbəkələrdə 13 deputata pulsuz mənzil verilməsi barədəki xəbər əsas müzakirə mövzusuna çevrilib. Ev alan deputatlar arasında Hadi Rəcəbli, Oqtay Əsədov və Bəxtiyar Əliyevin də adı hallanır.
Bu arada – yeri gəlimişkən, sabiq deputatlardan Əliməmməd Nuriyev və parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin həmin binadan mənzil alması faktı özünün təsdiqini tapmayıb.
Belə ki, Ə. Nuriyev özü bu faktı təkzib edib.
P.S. Əldə etdiyimiz yeni məlumata görə isə yeni bina zahirən göz oxşasa da, o qədər də keyfiyyətli tikilməyib.
Bu səbəbdən də, indiki və sabiq deputatlardan bir neçəsi yeni mənzillərinin təmirinə başlayıblar və təmir işlərinin də aylarla davam edəcəyi gözlənilir.

Azadlıq.az

İsmayıl Ömərovla İlqar Qılıcov da “Deputatlar binası”na köçəcəklərmi?- Bəzi deputatlar mənzillərinin təmirinə başladılar