İçeriğe geçmek için "Enter"a basın

Tayvanlı atasının dəfn mərasiminə 50 striptizçi qadın gətirib

07-01-2017


[r32]
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bir tayvanlı – məmur oğlu atasının dəfn mərasiminə 50 nəfər striptizçi qadın sifariş verib. Onlar mərhumun dəfn prolsesinin gedişində rəqslər ifa etmək üçün çağırılıb. Xəbəri «Daily Mail» nəşri yayıb.

Lentə alınmış mərasim bir andaca sosial şəbəkələrin hitinə çevrilib. Vida prosesi zamanı içərisində rəqqasələr olan 50 cip hərəkətə gətirilib. Bunun ardınca daha 150 maşın irəliləyib. Adi halda yolun 10 dəqiqəyə qət olunan hissəsi təxminən, 2 saat ərzində bu qeyri-adi karvanla «zəbt» olunub. Təntənənin səbəbkarı şəhər şurasının üzvü olub və dekabrın 14-də həlak olub. Onun dəfni yanvarın 3-də baş tutub.

Mərasimdən sonra onun təşkilatçısı – məmurun oğlu Tun Kuo-Çen «Feysbuk»da bir mətn yazıb. O, ünvanına deyilmiş xoş sözlər və dəstək üçün qohumlarına, proses iştirakçılarına və dostlarına təşəkkür edib.

Azadlıq.az

Tayvanlı atasının dəfn mərasiminə 50 striptizçi qadın gətirib