İçeriğe geçmek için "Enter"a basın

Bakıda şübhəli suriyalı axtarılır- Polisdən xəbərdarlıq+Foto

03-01-2017


[r32]
Suriyanın Hələb şəhərindən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı məlumatlar yayılıb.

Azadlıq.az xəbər verir ki, bununla bağlı feysbukda “Hamam Times” səhifəsi fotolar da paylaşıb. Həmin şübhəli şəxsə aid fotolar paytaxt otelləri, avtovağzal və bir sıra mühüm ictimai obyektlərə yapışdırılıb. Muhammed Ahmet adlı şəxsi görənlərdən hüquq-mühafizə orqanlarına zəng etmələri xahiş olunub.

“Qafqazinfo” faktla bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.Əldə etdiyimiz məlumata görə, Hələbdən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı məlumatlar doğrudur. Hazırda bu ehtimalın həqiqəti əks etdirib- etdirməməsi araşdırılır.

Bundan başqa məlumatlarda adı Muhammed Ahmet olduğu deyilən bu şəxsi görənlərdən hüquq-mühafizə orqanlarına zəng etmələri xahiş olunub

Mənbəmiz onu da qeyd edib ki, Azərbaycanda son günlər təhlükəsizlik tədbirləri üst səviyyədə həyata keçirilir. Bu sadəcə İstanbulda baş verən terror olayı ilə əlaqəli deyil. Belə ki, bayram günləri ilə bağlı ölkəyə turist axınının artması və əhalinin ictimai yerlərdə sıxlığı nəzərə alınaraq hüquq-mühafizə orqanları ayıq-sayıq xidmət həyata keçirirlər. Hazırda ictimai təhlükəsizlik tam nəzarət altındadır. Yüngül narahatlıq yaradacaq heç bir səbəb yoxdur.

Azadlıq.az

Bakıda şübhəli suriyalı axtarılır- Polisdən xəbərdarlıq+Foto