İçeriğe geçmek için "Enter"a basın

Kişilər niyə xəyanət edir?

02-01-2017


[r32]
1Bəlkə də sizə olan sevgisi bitmişdir

Uzun əlaqələrdə yoldaşlarına olan duyğularını itirən kişilər ayrılmaq yerinə başqa bir qadınla münasibət qurmağı seçərlər.

2Onunla kifayət qədər maraqlanmırsınızsa

Qadınlar uzun davamlı əlaqələrdə yoldaşlarına kifayət qədər maraq göstərməməyə başlayır. Bu da zamanla kişini qadından soyudur.

3- Əgər onu bir dəfə belə bağışladınızsa

Çox qadın həyat yoldaşının onun aldatdığını öyrəndikdən sonra onu bağışlayır. Bu da kişinin yenidən xəyanət etməsinə cəsarət qazandırır.

4Davamlı deyingən və narazısanız

Onu heç dinləməyib davamlı öz fikirlərinizi təlqin etməyə çalışırsınızsa, partnerinizin ağlına başqasının gəlmə ehtimalı hər zaman yüksəkdir.

5Tez-tez aldatma fürsəti tapırsa

Heç bir kişi seksə ‘xeyr’ deyə bilməz. Kişinin xəyanət üçün fürsəti varsa, bunu qiymətləndirməkdən heç çəkinməz.

6- Başqa qadınlar ona çox maraq göstərirsə

Bir kişinin başqa qadınlar tərəfindən arzulandığını hiss etməsi eqosunu artırar. Bu vəziyyətdə aldatma qaçınılmazdır.

7– Sizi aldada biləcəyinə əmindirsə

Kişilərin çoxu ‘Gözlərin görmədiyini ürək də hiss etməz’ sözüylə hərəkət edər və yoldaşını aldada biləcəyinə çox inanırlar.

8- Xəyanətin dadını bir dəfə belə aldısa

Başqa bir qadınla ‘qadağan əlaqə’ kişilərin adrenalinini yüksəldər. Bu həyəcan xəyanətin də ən böyük səbəbidir.

9Əgər siz də ona xəyanət etdinizsə

Kişi əgər partnyoru tərəfindən xəyanətə uğrasa özü də eyni yolu seçir və partnerindən xəyanət edərək intiqam alır.

10 Cinsi həyatınız monotonlaşmışsa

Evlilik bir müddətdən sonra seks həyatını də monotonlaştırır. Bu da ən böyük xəyanət səbəblərindən biridir.(qadinklubu)
Azadlıq.az

Kişilər niyə xəyanət edir?