Danimarkada polislər son günlər korrupsiya qalmaqalı ilə gündəmdə olan Cənubi Koreya prezidenti Pak Kın Xenin rəfiqəsi Çoy Sun Silinin qızını həbs ediblər.
Azadlıq.az “Reuters”ə istinadən xəbər verir ki, 20 yaşlı Çon Yu Ra Olborq şəhərində həbs olunub.
Onun həbsinin təfərrüatları haqda məlumat yoxdur.
Xatırladaq ki, prezident ətrafındakı qalmaqal həm də Pak Kın Xenin ictimaiyyət qarşısında çıxışı üçün hazırlanan mətni əvvəlcədən rəfiqəsi Çoy Sun Siliyə oxutdurması ilə başlayıb. Bundan sonra prezident hər kəsdən üzr istəməli olmuşdu.
Azadlıq.az