İçeriğe geçmek için "Enter"a basın

«35 ABŞ diplomatı ölkədən çıxarılsın» – Sergey Lavrov

30-12-2016


[r32]
AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 35 amerikalı diplomatın (31 nəfəri Moskvadakı səfirliyin əməkdaşı, 4 nəfər isə Sankt-Peterburqdakı baş konsulluğun işçisi) «persona non qrata» elan olunması təklifi ilə çıxış edib.

Nazirin sözlərinə görə, Moskva Vaşinqtonun sanksiyalarını cavabsız qoymayacaq və qarşılıqlılıq prinsipindən çıxış edəcək.

«Biz, əlbəttə ki, belə hərəkətləri cavabsız qoya bilmərik. Qarşılıqlılıq – diplomatiyanın və beynəlxalq münasibətlərin qanunudur. Odur ki, Rusiya XİN digər idarələrdən olan həmkarları ilə birlikdə, 35 amerikalı diplomatın «persona non qrata» elan olunması təklifi ilə ölkə Prezidentinə müraciət edib» – deyə, Lavrov bildirib.

Lavrov onu da xəbər verib ki, nazirlik ABŞ-n Moskvadakı iki obyektdən istifadəsinin qadağan edilməsi təklifini də irəli sürüb.
Azadlıq.az

«35 ABŞ diplomatı ölkədən çıxarılsın» – Sergey Lavrov