İçeriğe geçmek için "Enter"a basın

Cəbhədə döyüşlər başladı – Ermənistan ordusu itki verdi – Yenilənir [VİDEO]

30-12-2016


[r32]

Xəbər yenilənir, ən son məlumatlar yazının əvvəlindədir

“Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan Ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur”.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
MN-dən bir daha təsdiq ediblər ki, hadisə nəticəsində bir hərbçimiz itkin düşüb.
“Bəzi yerli kütləvi informasiya vasitələrində Ağdam rayonunun Əhmədağalı kəndindəki yaşayış evinin düşmən tərəfindən atəşə məruz qalması xəbəri də təsdiqini tapmayıb”. – deyə MN-dən bildiriblər.

* * *

Dekabrın 29-da Azərbaycan Respublikası dövlət sərhəddini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə itkin düşmüş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlunun sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə araşdırma işləri aparılır.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
“Araşdırmanın nəticəsi barədə ictimayyətə əlavə məlumat veriləcək”, – məlumatda əlavə olunub.

Virtualaz.org xəbər verir ki, Ermənistanın Tavuş vilayətinin qubernatoru Ovik Abovyan bu gün səhər başlayan döyüşlər zamanı üç hərbçinin-iki sıravi əsgərin və bir zabitin öldüyünü açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi bu gün səhər Azərbaycanla sərhəddə, Çinari kəndi yaxınlığında gedən döyüşlər zamanı 3 erməni hərbçisinin öldürüldüyünü təsdiqləyib.

Bunlar sıravi əsgərlər Narayan və Abovyan, baş leytenant Melikyandır.

* * *

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.
Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.

* * *

Bu gün səhər saatlarından etibarən Azərbaycan–Ermənistan təmas xəttinin Talış kəndi istiqamətində döyüşlər gedir.

Azərbaycanın işğal olunmuş Ağdam rayonunun təmas xəttində yerləşən Əhmədağalı kəndi Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb.
“Report”un Qarabağ bürosu xəbər verir ki, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Mətləb Əliyevə məxsus iki mərtəbəli evə düşüb.

Nəticədə yanğın baş verib və 8 otaqlı 338 kv.m-lik evin 318 kv.m-i əşyaları ilə birgə tamamilə yanıb.
Kənd sakinlərinin sözlərinə görə, qarşı tərəf əsasən yandırıcı güllələrdən və mərmilərdən istifadə edib. Atılan güllələrdən biri evin dam örtüyünə düşüb.
Yanğın zamanı ev sahibləri mənzildə olublar. Xəsarət alan olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunublar. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.

Erməni saytlarında olan məlumatlara görə, qarşıdurma nəticəsində Ermənistan tərəfi yüksək rütbəli zabitlər də daxil olmaqla ciddi itki verib. Baş leytenant Şavarş Melikyan, əsgərlər Edqar Narayan və Erik Abovyan həlak olublar.

Azadlıq.az

Cəbhədə döyüşlər başladı – Ermənistan ordusu itki verdi – Yenilənir [VİDEO]