İçeriğe geçmek için "Enter"a basın

Sabiq nazir Əli Abbasovdan MTN açıqlaması – “Belə məsələrlə bağlı…”

29-12-2016


[r32]
Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlığı barədə məsələdən danışıb.

Eks-nazir unikal.org-a açıqlamasında qeyd edib ki, vaxtilə rəhbərlik etdiyi qurum MTN-lə əməkdaşlıq edib:
“Həbs olunan MTN-çilərin məhkəmə prosesi başlamadığı üçün prosesə müdaxilə etmək istəmirəm. Ancaq onu deyə bilərəm ki, ölkəmizin beynəlxalq rabitə sistemində informasiya təhlükəsizliyinin qorunması, daxili telekommunikasiya şəbəkələrinin və internet resurslarının xarici kiberhücumlardan qorumaq üçün keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq etmişik. Xahiş edirəm, belə məsələrlə bağlı mənə müraciət etməyəsiniz”.
Azadlıq.az

Sabiq nazir Əli Abbasovdan MTN açıqlaması – “Belə məsələrlə bağlı…”