İçeriğe geçmek için "Enter"a basın

QAT Eynulla Fətullayevin çalışdığı məkanda aksiya keçirib

29-12-2016


[r32]
Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri Eynulla Fətullayevin çalışdığı ofisin qarşısında aksiya keçiriblər.

Bu barədə Moderator.az-a QAT sədri Akif Nağı məlumat verib:

“Uzun axtarışdan sonra Eynullanı tapdıq və oturduğu binanın qarşısında sərt aksiya keçirdik. Aksiyada QAT-ın sədr müavini Fəridə Əskərova, QAT üzvləri Svetlana Şamil, Solmaz Alıyeva, Paşa Dadaşov, Elşad Əliyev, Seymur Rüstəmov, Fuad Tağızadə, Rəhman Cəfərov və digərləri askiyada iştirak etdi.
Aksiya Eynulla Fətullayevin yanında işə götürdüyü erməni ilə bağlı idi. Aksiyanı keçirməkdə tələbimiz ondan ibarət idi ki, Süzan Caginyan oradan dərhal çıxarılmalıdır. Əgər Eynulla Fətullayev deyirsə ki, ermənini gətirib orada işə götürməyə haqqı var, bizim də Qarabağ müharibəsi iştirakçısı kimi, torpağı işğal altında olan vətəndaş kimi haqqımız var ki, o erməninin qolundan tutub sürüyərək aeraporta aparaq və oradan gəldiyi kimi də yola salaq. Yəni məqsədimiz ondan ibarət olub ki, o ermənini ölkədən çıxaraq, rədd olub çıxıb getsin”.

Qeyd edək ki, aksiya iştirakçıları ilə Eynulla Fətullayev arasında gərgin qarşıdurma yaranıb. Aksiya iştirakçıları jurnalisti ən ağır sözlərlə təhqir ediblər, ondan ermənini ölkədən çıxartmasını tələb ediblər. Eynulla Fətullayevə bildiriblər ki, “Süzan Caginyanı dərhal ölkədən çıxartmalısan və bu işə qısa zaman ərzində son qoymalısan”.

Aksiya yekunlaşandan sonra isə Akif Nağı aksiya iştirakçıları ilə bərabər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən çağırılıb.
Azadlıq.az

QAT Eynulla Fətullayevin çalışdığı məkanda aksiya keçirib