İçeriğe geçmek için "Enter"a basın

“Ermənistanın blokadası aradan qaldırıla bilər” –Sabiq prezident Ter-Petrosyan

29-12-2016


[r32]
Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək.
Trend-in məlumatına görə, bunu Ermənistanın ilk prezidenti, “Ermənistan Milli Konqresi” partiyasının sədri Levon Ter-Petrosyan deyib. O qeyd edib ki, son illərdə “Madrid-Kazan-Lavrov” variantı üzrə intensiv danışıqlar aparılır: “Bu, 1997-ci ildəki mərhələli variantdan heç nə ilə fərqlənmir”.

L.Ter-Petrosyan bildirib ki, bu varianta görə, ilk mərhələdə Ermənistan tərəfi işğal olunmuş 7 rayondan 5-ni Azərbaycana qaytarır, ikinci mərhələdə bölgədə sülhməramlılar yerləşdirilir, üçüncü mərhələdə Dağlıq Qarabağın aralıq statusu elan olunur:Dördüncü mərhələdə isə Ermənistanın blokadası aradan qaldırılır, Azərbaycanla və ehtimal ki, Türkiyə ilə əlaqələr bərpa olunur”.
Azadlıq.az

“Ermənistanın blokadası aradan qaldırıla bilər” –Sabiq prezident Ter-Petrosyan