İçeriğe geçmek için "Enter"a basın

Türkiyə mətbuatına səfirin qətlindən yazmaq qadağan olunub

28-12-2016


[r32]
Türkiyə mətbuatına bir neçə gün əvvəl Ankarada qətlə yetirilən rus səfir Andrey Karlovla bağlı xəbər yaymaq qadağası qoyulub.

«Anadolu» agentliyinin məlumatına görə, bu barədə qərarı Ankara məhkəməsi şəhər prokurorunun təlimatı əsasında çıxarıb.

Qadağaya əsasən, yerli KİV-lər səfirin qətli ilə bağlı xəbərləri, fotoları, videomaterialları yaya bilməzlər.

Qadağa iş üzrə təhqiqat yekunlaşana qədər qüvvədə qalacaq.

Ankara prokuroru hesab edir ki, hadisəylə bağlı KİV-də yayılan istənilən material işin sağlam araşdırılmasına mane ola bilər.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada iştirak etdiyi sərgidə güllələnib.

Səfirin qatili Mövlud Mert Altıntaş hadisə yerində öldürülüb.

Sui-qəsdçi əməlini Rusiyanın Suriya və Hələbdə törətdikləri ilə əlaqələndirib. Sonradan «Ən-Nüsra» qruplaşması hadisəyə görə məsuliyyəti üzərinə götürüb.(azadliq.info)

Türkiyə mətbuatına səfirin qətlindən yazmaq qadağan olunub