İçeriğe geçmek için "Enter"a basın

Təyyarə qaçıranlar Muammer Qəddafi tərəfdarları

23-12-2016


[r32]
Bu gün İki silahlı Liviya təyyarəsini qaçırıb.”Afriqivyah” hava yollarına məxsus “Airbus A320” markalı qaçırılan Liviya təyyarəsində 118 sərnişin var.

Artıq təyyarə Maltaya endirilib. Maltanın baş naziri Yosep Muskat bildirib ki, təhlükəsizlik qüvvələri terrorçuları yaxalamaq üçün əməliyyata hazırlaşır.

***

Təyyarəni qaçıran şəxslər onu partlatmaqla hədələyir. Malta mediyasına görə terrorçuların Liviyanın öldürülmüş lideri Muammer Qəddafinin tərəfdarları olduğu bildirilir. Terrorçuların əlind bomba olduğu söylənilir. Malta polis əməliyyata hazırlaşır. Sərnişinlərin xilasetmə əməliyyatının yaxın dəqiqələrdə başlayacağı bildirilir.
Azadlıq.az

Təyyarə qaçıranlar Muammer Qəddafi tərəfdarları