[r32]
Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov Portuqaliya çempionatında qol hesabını açıb.
Azadlıq.az Report-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Boavişta”nın heyətində “Nasional”la qarşı keçirilən səfər matçının 11-ci dəqiqəsində hesabı açıb.
Bu, Mahmudovun ilk dəfə start heyətində meydana çıxdığı matçda reallaşıb. Emin qarşılaşmanın 39-cu dəqiqəsində sarı vərəqə alıb, 62-ci dəqiqədə isə zədələnərək əvəzlənib.
Millimizin qapıçısı Kamran Ağayev bu dəfə də 90 dəqiqə meydanda olub. O da sarı vərəqə ilə cəzalandırılıb. Bu, matçın 69-cu dəqiqəsində baş verib.
Qeyd edək ki, “Boavişta” uzun fasilədən sonra qələbəsizliyə son qoyub və 17 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib.
Portuqaliya çempionatı, XV tur
21:00. “Nasional” – “Boavişta” – 0:2
Qollar: Emin Mahmudov, 11, Renato Santos, 32