İçeriğe geçmek için "Enter"a basın

Tarif Şurası təbii qaz və elektrik enerjisi ilə bağlı qərarını dəyişdirdi

22-12-2016


[r32]
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dekabrın 22-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib.

Azadlıq.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, iclasda Tarif Şurasının noyabrın 28-də keçirilmiş iclasında təbii qaz və elektrik enerjisinin satışı tarifləri ilə bağlı edilən müvafiq tarif tənzimlənmələrində dəyişikliklər aparılıb: “Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə artırılıb və 20 qəpik müəyyənləşdirilib. Elektrik enerjisi aylıq istehlak həcmi 250 kilovat-saatdan 300 kilovat-saatadək artırılıb və 11 qəpik müəyyənləşdirilib.
Azadlıq.az

Bir yorum

  1. Məhəmməd 23/12/2016

    Ölkədə enerji qənatin çoxsaylı yolları vardır. Bunlardan biri də eneyi daşıyıcıların qiymətlərinin artırılması və differensial-laşmasıdır. Enerji daşıyıcılarin qiymətinin artması kiçik energetikanın inkişafını motivasiya edəcək. Mən bu fikri elmi ədəbiyyatın və özümün elmi təhlilim əsasında,hələ 2013-cü ildə yazmışam. Az təminatlı əhalinin sosial müdafiəsinə gəldikdə isə demək olar ki, bunun üçün Hökumət var. Onlar bu məsələni fikirləşməlidirlər. Fikirimcə bu sahədə liberallaşmanın vaxtıdır, eyni zamanda özəlləşmənin (özümkünləşmənin yox) aparılmasına ehtiyac vardır.
    Digər bir məsələni də qeyt etmək iştərdim. Azərenerji ASC-nin kreditlərinin qaytarılmasında yaranan problem. Düşünülməmiş krediti alıb və onun əsas hissəsini mənimsəyəndə problem yaranacaq. Enerjinin istehsalında zəruri olmayan yeni güçlərin yaradılmasına səmərəsiz kapital yatıranlar bunu əvvəlcədən fikirləşməli idilər. 2004-cü ildə 450 milyon dollar kredit alıb “Dizel elektrik stansiyalari” tikiblər. Kimə lazım idi bu ağılsız və səmərəsiz kredit. Fikirimcə bu sahədə, yalnız iki “DES”in tikilməsinə (Naxçıvanda, Bakıda) zərurət vardır. Bu gün ölkədə qoyulmuş gücdən istifadə əmsalı 50 % və ondan da aşağıdır. Normalda isə 70-80 % olmalıdır. Ümumiyyətlə isə bu məsələlərin elmi ictimayyətin iştirakı ilə geniş təhlilə ehtiyacı vardır. Savadsız və korrupsuyener məmurların verdiyi töhvə bundan artıq olmayacaq.

Yorumlar kapatıldı.

Tarif Şurası təbii qaz və elektrik enerjisi ilə bağlı qərarını dəyişdirdi