[r32]
“Niyə soruşmursunuz qolunuza nə olub?”
Gununsesi.info xəbər verir ki, Baş nazirin müavini Abid Şərifov bu gün Bakıda Türkiyənin Azərbaycandakı səfirliyində İstanbulda baş vermiş terror aktı ilə bağlı açılan “təziyə dəftəri”ni imzaladıqdan sonra jurnalistlərə açıqlama verib.
İtkin düşən neftçilərin taleyi ilə bağlı jurnalistlərin Abir Şərifova ünvanladığı suala cavab olaraq bildirdi ki, faciədən xəbərsizəm. Bu azmış kimi jurnalistlərə atmacalı cavab verərək bildirib ki, “bəs niyə zədəli qolumdan soruşmursuz?!”.
Onu da qeyd etmək yerinə düşərdi ki, əvvəlkindən fərqli olaraq bu dəfə Baş nazirin müavini göz yaşını tökmədi. Çünki əvvəlki hadisələr zamanı A. Şərifov “ağlayırdı”.
Azadlıq.az