İçeriğe geçmek için "Enter"a basın

Azərbaycandan erməninin şirkətinə milyonlar axır! – Oskayan və Bozaçıyanın yumurta və toyuqlarını yeyirik! (Şok)

13-12-2016


[r32]
Hər bir ölkənin iqtisadi təhlükəsizliyi ilk növbədə ərzaq təhlükəsizliyinin təmin olunmasından keçir. Bu baxımdan ərzaq məhsulları ilə ölkənin özünü tam təmin etməsi, tələbatın yerli istehsal hesabına ödənilməsi bugün qarşıda duran ən vacib hədəflərdən biridir. Əhalinin qida rasionunda əsas yerlərdən birini tutan quş əti və yumurta istehsalının da daxili tələbat hesabına ödənilməsi əhəmiyyətlidir. Ona görə də ölkədə quşçuluğun inkişafı ökə rəhbərliyinin də daim diqqət mərkəzində olub.

Dövlət quşçuluğu inkişaf etdirmək istəyir, ancaq…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda quşçuluğun inkişafı, quş əti və yumurta istehsalının artırılması, tələbatın yerli istehsal hesabına tam ödənilməsi və ixrac potensialının əldə edilməsi barədə tapşırıqlar verilib.

Bu tapşırığa uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə quşçuluğun inkişafı üçün sahibkarlıq subyektlərinin investisiya layihəsinin maliyyələşdirilməsinə 120 milyon manatdan artıq güzəştli kredit verilib. Ancaq bu sahədə idxaldan asılılıq hələ də aradan qaldırılmayıb.

Buna görə də, noyabrın 3-də (2016) Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi  dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. Hansı ki, əvəllər bu məhsullara gömrük dəyərinin 15%-i həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi…
Belə ki, rəsmi qurumların açıqlamalarından belə məlum olur ki, Azərbaycanın özünü quş əti və yumurta ilə təminetmə səviyyəsi 100 faizə yaxındır. 2015-ci ilə aid olan rəsmi statistikaya əsasən, Azərbaycan özünü quş əti ilə 98,6 faiz, yumurta ilə isə 99,7 faiz təmin edə bilir. 2010-cu ildə yumurta ilə təminetmə 98 faiz təşkil edib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən Beynəlxalq Quşçular Forumunda bildirib ki, intensiv inkişaf sayəsində ölkə 98% quş əti, 100% yumurta istehsalı ilə özünü təmin edir.
Ekspertlərin apardığı hesablamalar göstərir ki, ölkə əhalisinin yumurtaya tələbatı 2 milyard 600 milyon ədəd təşkil edir. Belə ki, kənd təsərrüfatı ekspertlərinin hesablamalarına görə, adambaşına illik yumurta norması 280 ədəd olduğu halda, ölkədə adambaşına 160 ədəd yumurta istehsal olunur ki, bu da normanın 55 faizi qədərdir.
İdxal rəqəmləri həqiqəti əks etdirirmi: 160 milyon hara, 46 milyon hara?
Ancaq idxalla bağlı rəqəmlər ölkədə yumurta qıtlığının olduğu təsəvvürünü yaradır. Belə ki, rəsmi rəqəmlərə görə, 2010-cu ildə ölkəyə 25,73 milyon ədəd, 2013-cü ildə 46 milyon 183 min ədəd, ötən il 5,33 milyon ədəd, bu ilin yanvar-sentyabr aylarında isə 37 milyon ədəd yumurta gətirilib. Ölkədə heç vaxt yumurta qıtlığı olmadığından və idxal statistikasındakı belə ziq-zaqlar bu rəqəmlərin həqiqəti əks etdirdiyinə şübhə yaradır.
Ölkəyə il ərzində, təxminən, 70 milyon damazlıq yumurta idxal edilir
Qeyd edək ki, hazırda damazlıq yumurtanın 1 ədədinin idxal qiyməti 45-60 qəpik arasında dəyişir. Hətta daha keyfiyyətli damazlıq yumurtanın qiyməti 80 qəpiyə, 1 manata qədər yüksəlir.
Yumurta üçün xaricə axan milyonlardan ermənilərə də pay çatır!
Xaricə axan bu 10 milyonlardan erməni iş adamlarına da əhəmiyyətli pay çatır! Belə ki, Azərbaycana damazlıq yumurta Türkiyə, Çeхiya, Bolqarıstan, Hollandiya və İrandan gətirilir. Həm yaxın, həm də daha ucuz olduğu üçün quşçuluq təsərrüfatları üstünlüyü əsasən Türkiyə və İrana verirlər. Türkiyədə hazırda keyfiyyətli damazlıq yumurta 50-55 qəpiyə alınır.

Türkiyədə Azərbaycanın broyler şirkətlərini damazlıq yumurta və cücə ilə təchiz edən əsas şirkətin 2 ortağı isə ermənidir. Söhbət “Emre Piliç Gida Sənaye və Ticarət Limited” şirkətindən (qısaca olaraq “Emre Piliç”.) gedir. Bu şirkətin səhmdarları arasında Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan adlı iki erməni də yer alır!
Səhmdarı ermənilər olan şirkətin Azərbaycandakı tərəfdaşları kimlərdir?
“Bakı Quşçuluq”, “İmişli Quşçuluq”, “Saba” ASC, “Abşeron” MMC, “Şəfalı Broyler”, “İsmayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Dəvəçi Quşçuluq”, “Aqrolizinq” QSC, “Şəmkir Quşçuluq”, “İspanyol” ticarət mərkəzi, “Hacıqabul Quşçuluq”, “Siyəzən Broyler” və digər şirkətlərin adlarının olduğu ortaya çıxıb.
Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq, Baytarlıq Xidməti və digər dövlət qurumları səhmdarları ermənilər olan şirkətin Bakı ilə birbaşa və dolayı əməkdaşlığına necə baxır?

BU BARƏDƏ NÖVBƏTİ YAZIDA!

Azadlıq.az

Azərbaycandan erməninin şirkətinə milyonlar axır! – Oskayan və Bozaçıyanın yumurta və toyuqlarını yeyirik! (Şok)