İçeriğe geçmek için "Enter"a basın

Rusiyanın “Rossiya 24” telekanalından daha bir ermənipərəst HƏYASIZLIQ…

12-12-2016


[r32]

Telekanal “Vesti” xəbərlər proqramında səhərdən bir neçə dəfə tanınmamış Dnestryanı Respublikada prezident seçkiləri keçirildiyindən dəm vurur və tanınmamış respublikalardan seçkiləri izləmək üçün müşahidəçilərin təşrif buyurduğunu bildirərkən xüsusi vurğu ilə Dağlıq Qarabağ Respublikasından da müşahidəçilərin gəldiyini qabardır.

Moderator.az xəbər verir ki, Rusiyanın “Rossiya 24” telekanalı yenə də öz ampluasındadır.

Bu fakt bir daha rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçilik missiyasının nədən ibarət olduğunu göstərir.

Məsələnin acınacaqlı tərəfi odur ki, Kremlin əsas təbliğat ruporu hesab edilən və Putinin qeyri-rəsmi sözçüsü kimi tanınan “Rossiya 24” telekanalında vaxtaşırı olaraq strateji müttəfiq hesab etdikləri Azərbaycanı qıcıqlandıracaq bu cür alçaq materialları çəkinmədən, həyasızcasına verirlər.
Azadlıq.az

Rusiyanın “Rossiya 24” telekanalından daha bir ermənipərəst HƏYASIZLIQ…