İçeriğe geçmek için "Enter"a basın

“İŞİD layihəsinin müəllifi odur…” -Serb liderdən şok açıqlama

11-12-2016


[r32]
İŞİD layihəsinin əsas müəllifi Bosniya və Hersoqovinanın ilk prezidenti Aliya İzzetbeqoviçdir.

Bunu jurnalistlərə açıqlamasında Bosniya və Hersoqovinanın tərkibində yer alan Serb Respublikasının lideri Milorad Dodik söyləyib. Bosniya Hersoqovina hakimiyyətindən narazı olduğunu bildirən Dodik ölkənin parçalanma ərəfəsində olduğunu söyləyib:

“Xaricilər keçmiş Yuqoslaviyada destabilizasiya yaradaraq onu yox etdilər. İndi həmin qüvvələr Bosniya və Hersoqovina üzərində çalışırlar və onu da yox edəcəklər. Buraya yüzlərlə Taliban və digər qrupların üzvlərinin dönməsi, onlarla birgə fəaliyyət göstərən gizli təşkilatlar hakimiyyətin vecinə deyil. Gələn terrorçular üçün dəstəyin prezident İzzetbeqoviç və boşnak siyasətçilər tərəfindən verildiyinə dair əlimizdə dəlillər var. Məhz buna görə Xorvatiya Prezidenti Kolinda Qrabar Kitaroviçin minlərlə İŞİD savaşçısının Bosniyaya geri dönməsi xəbəri onu çox əsəbləşdirib. İŞİD-in əsas müəllifinin Aliya İzzetbeqoviç olduğunu hər kəs bilir. Ata İzzetbeqoviçin yazdığı “İslam manifesti”ni oxusanız, İŞİD-in Suriya və İraqda tətbiq etdiyi şeyləri anlatdığını görərsiniz”.(Axar.az)

“İŞİD layihəsinin müəllifi odur…” -Serb liderdən şok açıqlama