İçeriğe geçmek için "Enter"a basın

Üç telekanala bir rəhbər təyinatı

08-04-2015

arifalisanov

Ölkəmizdə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam edir. “İdman Azərbaycan” kanalının keçmiş baş direktoru Elsevər Dünyamalıyevin səlahiyyətləri artırılıb.

Azadlıq.az-ın Aznews.az-a istinadən verdiyi xəbərə görə, AzTV-nin sədri Arif Alışanov Elsevər Dünyamalıyevin səlahiyyətlərinin artırılması ilə bağlı əmr verib. Əmrə əsasən, E.Dünyamalıyev aprelin 7-dən etibarən AzTV, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında baş direktor vəzifəsində çalışacaq.

Məlumata görə, E.Dünyamalıyevin iş funksiyasına hər üç kanalın bütün texniki heyəti və iş qrafikinə nəzarət, verilişlərin keyfiyyəti və qonorarların verilməsi daxildir.

Bundan başqa, A.Alışanov tanınmış şair Hüseyn Kürdoğlunun Azərbaycan televiziyasında proqram direktoru vəzifəsində çalışan oğlu İlham Alışanovun səlahiyyətlərinin də bir hissəsini onun əlindən alaraq E.Dünyamalıyevə həvalə edib.

Mənbə bildirib ki, Alışanovun bu təyinatı AzTV-nin bədii rəhbəri, rejissoru, əməkdar incəsənət xadimi Etibar Babayevin öz komandası ilə birlikdə işdən çıxması ilə nəticələnib.

Xatırladaq ki, AzTV-nin 4 əməkdaşı – kanalın bədii rəhbəri, rejissoru, əməkdar incəsənət xadimi Etibar Babayev, tanınmış rejissor Elnur Məmmədov, “Səhər” musiqili informasiya proqramının baş rejissoru Rəsul Ələkbərov və montajçı Feyzulla öz ərizələri ilə işdən çıxıb.

***

AzVision.az-a AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib ki, yeni yaradılan baş direktor postuna Elsəvər Dünyamalıyev təyin olunub.

“Həmçinin “İdman Azərbaycan” kanalının direktorunun səlahiyyətləri də Elsəvər Dünymalıyevə verilib”.

X.Qasımova son günlər AzTV-də baş verən kadr dəyişiklərinə də münasibət bildirib. Onun sözlərinə görə, Etibar Babayev, Elnur Məmmədov, Rəsul Ələkbərov öz ərizələri ilə işdən ayrılıblar.

Üç telekanala bir rəhbər təyinatı