Azərbaycanlı gənc rezin qayıqla şəhərdə gəzdi
“Hərəyə bir qayıq versələr daha gözəl olar”
Azərbaycanlı bloqqer Mehman Hüseynov son günlər Bakının küçə və yollarında yaranmış bərbad vəziyyətlə bağlı öz təklifini verib. Gənc bloggerin sözlərinə görə, icra hakimiyyətləri yağışlı günlərdə avtobusları ləğv edib, hərəyə bir qayıq versə daha gözəl olar.
O, Sabunçuda yaranmış göldə rezin qayıqla kiçik gəzinti reallaşdırıb. Ətrafdakılar bu görüntülərə həm gülüblər, həm də yaranmış vəziyyətə etirazlarını bildiriblər.
Fövqəladə Hallar Nazirliyi növbəti məlumatı yaydı
Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir
Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolmuş, nəqliyyatın hərəkətində məhdudiyyət yaranmışdır. Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunmuşdur. Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunmuşdur. Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.