Türkiyənin İstanbul şəhərində silahlı şəxslər 2013-cü ildə küçə etirazların polis tərəfindən dağıdılması nəticəsində həlak olmuş yeniyetmənin işini araşdıran prokuroru girov götürüblər.
İnsident arxasında fəaliyyəti qadağan edilmiş marksist qrupunun durduğu bildirilir.
Türkiyə mediasının yaydığı xəbərə görə, silahlı şəxslər prokuroru onun ofisində girov götürərək yeniyetmənin ölümündə təqsirli olan polis əməkdaşlarının həbsini tələb ediblər.
Hadisə yerində çəkilmiş və “Twitter” şəbəkəsində yerləşdirilmiş fotoşəkillər silahlı adamın prokurorun başına tapança dirədiyi əks etdirir. Prokurorluq binası polis qüvvələri tərəfindən mühasirəyə alınıb, əməkdaşlar evakuasiya olunub.
Yenilənib 22:48 : Prokurorluq binasından silah səsləri eşidilib.
Yenilənib 23:48 : Prokuror M.Kiraz qarnından vurulduğu üçün ağır yaralı olaraq xəstəxanaya aparılıb, 2 terrorist isə hadisə yerində öldürülüb.
2013-cü ildə nə olmuşdu?
15 yaşlı Berkin Elvan 2013-cü ildə İstanbulun mərkəzində Gezi parkı ilə bağlı etirazların polis tərəfindən dağıdılması vaxtı atılmış qaz kanistrinin başına dəyməsi nəticəsində yaralanıb.
Aldığı yaradan koma vəziyyətinə düşən yeniyetmə 9 aydan sonra vəfat edib.
Türkiye dünyanın bir numaralı ülkelerinden birisidir. Türkiye’nin düşmanı çoktur. ABD, Rusya, İran, Çin hepsi dost görünümlü düşmandırlar.. Dünyanın en gelişmiş silahları TÜRKİYE’de bulunur. Dünya lideri RECEP TAYYİP ERDOĞAN..selam olsun Türkiye !!!
Azerbaycan ülkesi ; Türkiye sizin en önemli dost ülkeniz.. Eğer Türkiye devletinin dostluğunu kaybederseniz bilin ki bu dünyada pek fazla dostunuz kalmamış demektir. Rusya ve ermenistan sizin en büyük düşmanınız. Türkiye ise ikisine birden kafa tutup yenebilecek güce sahiptir. Türkiye dünyanın en güçlü devleti
Allah c.c. TÜRK ALEMİNİ korusun