“Əl-Qaidə” terror təşkilatı Fransada baş vermiş terror aktında əli olduğunu təsdiq edib.
Azadlıq.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Yəməndə fəaliyyət göstərən “Əl-Qaidə” qruplaşmasının üzvlərindən biri bəyan edib.
Onun sözlərinə görə, hücuma qruplaşma rəhbərlik edib.
Bundan əvvəl Parisdə “Charlie Hebdo” nəşrinin redaksiyasına silahlı hücum edən terrorçular bəyan etmişdilər ki, Yəməndə fəaliyyət göstərən “Əl-Qaidə” terror təşkilatının üzvləridirlər.