İçeriğe geçmek için "Enter"a basın

Qardaşlardan biri həbs cəzası aldı

18-03-2015

ülkerBu gün Bakı Apellyasiya Məhkəməsində Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində ittiham olunan Zaur və Elin Məmmədov qardaşlarına qarşı cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Məmmədov qardaşları məhkəməyə anaları Gülnarə Məmmədova ilə bir yerdə gəliblər.

Ülkər İsayevanın döyülməsində ittiham olunan qardaşların hər biri üzrə işə ayrılıqda baxılır. Qapalı məhkəmə proseslərinin birinə hakim Rizvan Səfərov, digərinə isə Sahibxan Mirzəyev hakimlik edir.

Məhkəmənin qərarına əsasən, qardaşlardan biri Zaur Məmmədov 2 ay həbs cəzası alıb
Azadliq.az

Qardaşlardan biri həbs cəzası aldı