Bütün dünyanın gözü bu gün Fransadaydı.
Fransadakı Charlie Nebdo satirik dərgisinə silahlı hücum edən Paris doğumlu Şərif və Səid qardaşlarının silahlı basqını 12 nəfərin ölümü ilə nəticələnmişdir. Hadisə yerindən qaçan terroristlər qaçarkən vəsiqələrini maşında unutmuşdular. Bu gün Şərif və Səid Kuaşi qardaşları bir mətbəədə qısdırılmışdılar. Eynı zamanda başqa bir yerdə yəhudilərin halal ərzaq satdıqları köşər marketdə başqa bir terrorist əlində silahsız vətəndaşları girov almışdılar
Təxminən 1 saat əvvəl terroristlər qıstırılaraq eyni zamanda əməliyyat gərçəkləşdirən fransız polisi həm mətbəədəki silahlı terrorist qardaşlara, həm də onların mühasirəsinin qaldırılması üçün marketdə vətəndaşları girov tutan saldırqanlarına əməliyyat gərçəkləşdirərək öldürüldülər.
Azadliq.az.ın xəbərlərində şübhəlilərin 4 nəfər olduqlarını yazmışdıq. Amma qadın qatilin hadisə yerindən qaçdığı söylənilir. Eyni zamanda marketdəki girovların 4 -ünun öldürüldüyü söylənir.
Azadliq.az